Effektiv təqdimat bacarıqları və təqdimat materiallarının hazırlanması təlimi iş yerlərində və ya hər hansı önəmli təqdimatların, hesabatların təqdim edilməsi zamanı bilməli olduğunuz vacib məqamları sizə öyrətməyə çalışacaq. Belə ki, təsirli və effektli təqdimat hazırlanması zamanı istifadə olunan metodlardan, üsullardan bəhs edən bu təlim, praktiki olaraq təqdimat bacarıqlarınızı da inkişaf etdirəcək.
Şirkətinizin və sizin uğur əldə etməniz üçün ilkin anda yaxşı təqdimat etməyinizdən çox asılıdır. İstehsal etdiyiniz məhsul (mal) / xidmət və ya Layihə haqqında yaxşı təqdimat sizə və şirkətinizə böyük uğurlar və gəlir gətirə bilər. Sizin yeni müştərilər və tərəfdaşlar qazanmağınıza səbəb olar. Bunun üçün sizin yaşı təqdimat aparan mütəxəssisə ehtiyacınız olacaq. Təqdimata necə hazırlaşmaq və auditoriyanın marağını və diqqətini necə cəlb etmək və auditoriya qarşısında sərbəst şəkildə çıxış etməyi öyrənmək istəyirsinizsə, bu təlimdə iştirak etməyiniz təklif olunur.
Təlimin məqsədi
Təlimin əsas məqsədi müasir təlim metodlarından isifadə etməklə praktiki olaraq təqdimat materiallarının hazırlanması qaydaları ilə yanaşı, effektiv təqdimat bacarıqlarınızı da təkmilləşdirməkdir. Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru təqdimat materiallarının hazırlanması qaydalarından istifadə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.
Kimlər iştirak edə bilər?
Təqdimat bacarıqlarını inkişaf etdirmək və təqdimat materiallarının hazırlanması prosesində peşəkar mütəxəssisin köməkliyilə iştirak etmək istəyən hər kəs bu təlimdə iştirak edə bilərlər.
Nələr əldə edəcəksiniz?
Effektiv təqdimat bacarıqları və təqdimat materiallarının hazırlanması ilə bağlı nəzəri biliklərlə yanaşı, praktiki olaraq real, tətbiq edilməsi mümkün olan üsullarla tanış olacaqsınız.
Nəzəri biliklərinizi praktiki olaraq iş və ya şəxsi həyatınızda tətbiq etməyi öyrənəcəksiniz.
Təlimdə iştirakınızı təsdiq edən sertifikat əldə edəcəksiniz.
Təlim əhatə edən mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:
Tanışlıq
Ünsiyyət nədir?
Ünsiyyətin növləri
Kommunikasiya prosesi
Ünsiyyət bacarıqları və məsləhətlər
Ünsiyyət bacarıqları
Mən-Sən dili
Dinləmə texnikaları
Qrup işi-1
Bədən dili
Jestikulyasiya: Əllər
Mimikalar
Bədən dili analizi
İşgüzar yazışma
İşgüzar məktubun quruluşu
İşgüzar yazışmalar zamanı edilən səhvlər
Qrup işi-2
Vizual dəstək
Vizual yazı elementləri
Yekun
Təlimin qiymətləndiriliməsi
Təlim müddəti: 2 gün
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.